Aralıq dənizi ölkələrində 40-dan çox insan meşə yanğınının qurbanı olub
27.07.2023
Aralıq dənizi ölkələrində meşə yanğınları 40-dan çox insanın həyatına son qoyub.
Yunanıstan adalarında, o cümlədən Rodosda yanğınsöndürənlər alovla mübarizəni davam etdirirlər. Təbiət yanğınları ilə əlaqədar ada ərazisində fövqəladə vəziyyət rejimi elan edilıb.
Son bir neçə gündə İtaliyada altı nəfər meşə yanğınlarının qurbanı olub. Ən mürəkkəb vəziyyət Siciliya adaşında yaranıb. İyulun 24-də orada havanın hərarəti 47,4 dərəcəyə yüksəlib. İtaliyanın Baş naziri Corca Meloni zərər çəkənlərə yardım üçün hökumətin bütün mümkün imkanlardan istifadə edəcəyini bildirib.
Aralıq dənizi sahillərində yerləşən Afrika ölkələri də təbiət yanğınlarından əziyyət çəkir. Əlcəzairdə təbii fəlakət 34 nəfərin həyatına son qoyub. Bir neçə gündür ki, havanın temperaturunun 49 dərəcədən aşağı düşmədiyi Tunisdə meşə yanğınları səbəbindən yüzlərlə insan təxliyə olunub.