21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Laçına qayıdış DAVAM EDİR - Millət Vəkili

27.07.2023


Bu günlərdə növbəti köç karvanı Lökbatanda məcburi köçkünlər üçün salınmış "Qobu park 3” yaşayış kompleksindən Laçına yola düşdü. Beləliklə Laçın şəhərində 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edildi.


Laçına davam edən mərhələli köç prosesi qarşıda daha hansı vəzifələrin paralel icrasını tələb edir, mövcud vəziyyət nədir?

Bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Mahir Abbaszadə Laçnla bağlı gündəmə diqqət çəkib.

- Mahir müəllim, bu gün Laçına qayıdışın hansı mərhələsindəyik və necə hesab edirsiz, qayıdışın icrası nə vaxta qədər davam edəcək?

- Azərbaycanın tarixi torpaqlarını işğaldan azad etdikdən sonra qarşımızda duran əsas məsələlərdən biri həmin ərazilərdə bərpa-quruculuq prosesini, sərhədlərimizdə davamlı sülhün, təhlükəsziliyin təmin olunmasını həyata keçirmək və beləliklə 30 il müddətində öz yurdundan məcburi köçkün düşmüş insanları öz torpaqlarına qaytarmaq, burada onlar üçün normal həyat şəraiti yaratmaq və iqtisadi imkanlarını artırmaq, dayanıqlı sosial həyatını təmin etməkdir. Bu məqsədlə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2022-2026-cı illər böyük qayıdışı təmin etmək məqsədi ilə dövlət proqramı hazrlanıb. Həmin proqrama uyğun olaraq ərazilərin bəra edilməsi, sosial obyektlərin tikilməsi, infrastrukturun salınması, yeni iş yerlərinin yaradılması, vergi və gömrük güzəştlərinin tətbiq edilməsi, sosial müavinətlərin dövlət tərəfindən subsidiyalaşdırılması və digər mühüm məsələlər öz həllini tapıb. Cəmi 9 ay müddətində Laçın şəhər mərkəzində sürətli bərpa quruculuq işləri həyata keçirilib və beləliklə də məcburu köçkünlər şəhər mərkəzinə köçürülməyə başlayıb. Bu gün artıq 111 ailənin geri qayıdışı təmin edilib ki, bu ailələrin də evləri dövlət tərəfindən tamamilə bərpa edilmiş vəziyyətdədir. Düşünürük ki, bu proses ilin sonuna qədər davam edəcək. Bizdə olan məlumatlara görə bu proses hər həftənin iki günü həyata keçirdilir. İnsanların Bakı, Sumqayıt, Abşeron ərazisindən toparlanması, onların kompakt vəziyyətə gətirilməsi, bu ailələrin Laçına köçünün təşkil edilməsi, orada ailələrin yerləşdirilməsi, bundan sonra sənədləşmənin baş veməsi prosesi köçürülmənin dayanıqlı və sosial ədalət prinsipi əsasında həyata keçirildiyini ifadə edir. İlin sonuna qədər Laçının şəhər mərkəzinə 720 ailənin köçürülməsi nəzərdə tutulur. Eyni zamanda Laçın rayonunun Zabux, Sus kəndlərinin bərpa ediləsi ilə bağlı cənab prezidentin 2022-ci ildə imzalanmış sərəncamı var. Həmin sərəncama uyğun olaraq Azərbaycan Qaçqın və Məcburi Köçkünlər üzrə Dövlət Komitəsinə vəsait ayrılıb. Burada da işlər sürətlə həyata keçirilməkdədir. Düşünürük ki, insanlarımız təxminən sentyabr ayında Zabux sakinləri - 223 ailə, oktyabr-noyabr aylarında isə Susa, öz doğma torpaqlarına qaytarılacaq. Beləliklə, ilin sonuna qədər Laçın rayonuna təxminən 1000 ailənin geri qayıdışı təmin ediləcək.

- Qayıdış kontekstində sərhəd ərazilərimizin təhlükəsizliyi ilə bağlı atılan addımlarla bağlı nələri söyləmək olar?

- Azərbaycan dövləti tərəfindən bu ərazilərə qayıdış təkcə insanların öz yurdlarına geri qayıtması, iqtisadi imkanlarının artırılması, yeni iş yerləri ilə təmin edilməsi, sosial müdafiənin gücləndirilməsi ilə bağlı deyil, eyni zamanda təhlükəsizliyin təmin edilməsi ciddi məsələlərdən biridir. Dövlət təhlükəsiziliyin təmin edilmsi ilə bağlı ciddi işlər görür. Bir tərəfdən ərazilərin minalardan təmizlənməsi, digər tərəfdən isə sərhədlərimizdə davamlı sülhün təmin edilməsi mühüm, vacib məsələlərdən biridir. O cümlədən, təkcə Laçın rayonunda deyil, Zəngilan, Qubadlı, Kəlbəcər istiqamətində Azərbaycan Ordusu - silahlı qüvvələrimiz sərhədlərimizi eibarlı şəkildə qoruyur. Burada fəaliyyət göstərən Azərbaycan Ordusunun birləşmələri bütün hərbi texnika ilə təhciz edilib. Bizim oradakı postlara gedən bütün kommunikasiyalar tamamilə yenidən qurulub, yolların, qaz, işıq, suyun çəkilməsi, bizim mühfizə, müşahidə postlarımızda yüksk səviyyədə iş şəraiti yaradılıb. Beləliklə, Azərbaycan silahlı qüvvələri sərhədlərimizi yüksək səviyyədə qorumaqda davam edir. Təhlükəsizliyi təmin edən əsas məsələlərdən biri Xankəndi-Gorus yolunun Laçın rayonu ərazisindən keçən hissəsində sərhəd-keçid məntəqəsinin qurulmasıdır. Bu məntəqənin qurulması həm sərhdlərimizdə təhlükəsizliyin qorunması, eyni zamanda Qarabağda hərbi risklərin azalması nöqteyi-nəzərdən çox vacib bir məqamdır. Bilirik ki, həmin yol vasitəsi ilə Qarabağda və yaxud Ermənistanda yaşayan ermənilər bu yoldan humanitar məqsədlər üçün deyil, hərbi məqsədlər üçün istifadə edirdilər. Ermənistan ərazisində olan hərbi silah-sursatın canlı qüvvələrin, xarici kəşfiyyat orqanlarının üzvlərnin Azərbaycan tərəfindən rədd edilmiş arzuolunmayan şəxslərin Qarabağa səfərləri bu yol vasiəsi ilə həyata keçirdilirdi. Bütün bunlar isə 10 noyabr bəyannaməsinin müddüəlarına tamamailə ziddir. Bu mənada əraziyə qoyulan sərhəd-keçid məntəqəsi həm Qarabağın daxilində, həm də sərhədlərimizdə davamlı sülhün və təhlükəsiziliyn təmin olunmasında mühüm rol oynayır.

- Laçın sərhəd buraxılış məntəqəsində hazırki vəziyyət nədir və bəzi beynəlxalq təşkilatların erməni təxribatına adekvat yanaşaraq "dəhlizin erməniləri blokadaya salması" ilə bağlı iddiaları nə dərəcədə səngyib?

- Sərhəd-keçid məntəqəsi Azərbayanın suveren ərazilərində, Azərbaycan silahlı qüvvələri tərəfindən qurulub. Ermənilərin buraxılış məntqsinə qarşı apardığı əks təbliğat heç bir nəticəsini verməyəcək. Çünki beynəlxalq məhkəmə də ermənilərin bununla bağlı iddialarını rədd etdi. Beləliklə, Azərbaycanın öz suveren ərazisinə qoyduğu keçid buraxılış məntəqələri həm Azərbaycan sərhədlərini, həm də Azərbaycanın daxilində təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.

Mənə elə gəlir ki, qarşıdakı illərdə də istər Şərqi Zəngəzur, istər Qarabağ iqtisadi rayonlarına qayıdış prosesi sürətlə davam edəcək. Çünki cənab prezident tərəfindən bu ərazilərdə artıq yaşayış məntəqələrinin böyük əksəriyyətinin təməlqoyma mərasimləri keçirilib. İndi bəzi ərazilərdə söküntü, bəzi dağlıq ərazilərdə tikinti işləri sürətlə davam edir. Hesab edirəm ki, bundan sonrakı müddətdə ölkə rəhbərinin siyasi iradəsi, Azərbaycan dövlətinin imkan verdiyi iqtisadi güc və eyni zamanda Azərbaycan xalqının illərlə gözlədiyi bu proses sürətlə davam edəcək və insanlar öz ata-baba yurdlarına köçərək daimi yaşayacaqlar.