Lənkəranda zəlzələ baş verib
26.07.2023
İyulun 26-da Lənkəran rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət MərkəzindənAZƏRTAC-a bildirilib ki, yerli vaxtla saat 11:03-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 4,9-a bərabər olan zəlzələ hiss olunub.