Akşənərdən Kılıçdaroğluna: Ankaranı ver, İstanbul və İzmiri al
27.11.2018
Türkiyədə 2019-cu ilin martında keçiriləcək bələdiyyə seçkilərində AKP və MHP-nin Cümhur İttifaqına qarşı CHP və İYİ Partiyasının birləşəcəyi gözlənilir.
"Dövran Media" xəbər verir ki, növbədənkənar parlament və prezident seçkilərində Millət İttifaqı yaradan müxalifət partiyalarında hazırda qızğın danışıqlar aparılır.
Məlumata görə, CHP sədri Kamal Kılıçdaroğlunun seçkilərdə ittifaq təklifinə İYİ Partiyası rəhbəri Maral Akşənər də müsbət yanaşıb.
"Ankaranı ver, İstanbul və İzmiri al”
Partiyasının Mersin, Bodrum, Karabük və Uşakda qalib gələ biləcəyini iddia edən Akşənər İstanbul və İzmirdə CHP-ni dəstəkləməyi, Ankarada isə CHP-nin dəstək verməsini istəyir. CHP-nin Ankara məsələsi ilə bağlı qərarı isə hələlik məlum deyil.