Bu gün Türkiyə hökumətinin iclası olacaq
24.07.2023
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün hökumətin Beştepedə keçiriləcək iclasına sədrlik edəcək.
Dövran Media "TRT Haber”ə istinadla xəbər verir ki, iclasın gündəliyində əsas yeri xarici siyasət sahəsində görülən işlər tutur. Bununla yanaşı, ölkənin iqtisadiyyatı, terror qarşı mübarizə məsələləri də müzakirə ediləcək.
İclasdan sonra Türkiyə Prezidenti açıqlama verəcək.