18.07.2023
Türkiyə PrezidentOfisi iki ölkə arasında imzalanan sənədlərlə bağlı"Twitter"dəpaylaşım edib.
Bildirilib ki, Səudiyyə Ərəbistanın Müdafiə Nazirliyi və "Baykar" şirkəti arasında əməkdaşlığa dair saziş, Türkiyə Milli Müdafiə Nazirliyi və Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi arasında əməkdaşlığa dair uyğulama planı, Türkiyənin Enerji və Təbii Resurslar Nazirliyi ilə Səudiyyə Ərəbistanının Enerji Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu, Türkiyənin Kommunikasiya Nazirliyi ilə Səudiyyə Ərəbistanının İnformasiya Nazirliyi arasında rabitə və kommunikasiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu və Türkiyə Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanında səfərdədir.