Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib
18.07.2023
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyə müvafiq olaraq tələb olunan səs çoxluğunu toplamış 3 namizəd - Yolçuyev Əkbər Mehdi oğlu, Mustafayeva Samirə Vəli qızı və Qədirov Vuqar Kərim oğlu Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya üzv seçiliblər.
Seçkilərə 26 namizəd qatılıb. İctimai Şuranın 9 nəfərdən ibarət tərkibdə fəaliyyət göstərməsi qərarlaşdırıldığından boş qalan 6 yer üçün iyulun 20-də Beynəlxalq Muğam Mərkəzində namizədliyi qeydə alınmış şəxslər arasında təkrar seçkilər keçiriləcək.
Təkrar seçkidə ilkin seçkilər üçün qeydiyyata alınmış vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin seçici qismində iştirakları nəzərdə tutulub.