21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Kreml Taxıl sazişinin fəaliyyətinin dayandırıldığı barədə bəyanat yayıb

17.07.2023



İyulun 17-də "Taxıl saziş”inin fəaliyyəti faktiki olaraq dayandırılıb. Təəssüf ki, təşəbbüsün Rusiyaya aid hissəsi indiyə qədər yerinə yetirilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov deyib. O, eyni zamanda, "Taxıl sazişi”nin Rusiyaya aid hissəsinin yerinə yetiriləcəyi təqdirdə, Moskvanın təşəbbüsə geri qayıdacağını bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Moskva bu gün Türkiyə və Ukrayna tərəflərini, həmçinin BMT katibliyini Qara dəniz sazişinin uzadılmasına etiraz etdiyi barədə məlumatlandırıb.

Xatırladaq ki, 2022-ci il iyulun 22-də İstanbulda Ukrayna taxılının, habelə Rusiyanın aqrar məhsullarının və gübrəsinin beynəlxalq bazara çatdırılması üzrə sənədlər paketi imzalanıb. Razılaşma ilkin olaraq 120 gün müddətinə nəzərdə tutulub və sonradan bir neçə dəfə uzadılıb.