Putin təcili müşavirə keçirir
17.07.2023
Rusiya Prezidenti Vladimir Putin Krım körpüsündə törədilən terror aktına görə müşavirə keçirəcək.
Bu barədə məlumatı Dmitri Peskov bildirib.
"İclas saat 19:00 radələrində videokonfrans vasitəsilə keçiriləcək. Terror aktının nəticələrinin aradan qaldırılmasına məsul təyin edilmiş Rusiya Baş nazirinin müavini Marat Xusnullin hadisə yerindən dövlət başçısına vəziyyət barədə məruzə edəcək”, - deyə, Peskov bildirib.