Cənubi Koreya Prezidenti Ukraynaya elan olunmamış səfər edib
15.07.2023
Cənubi Koreya Prezidenti Yun Sok Yol Ukraynaya əvvəlcədən elan edilməmiş səfərə gəlib.
AZƏRTACYonhap agentliyinə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin ofisi məlumat yayıb. Dövlət başçısı və birinci xanım Kim Keon Hi Ukraynaya Polşadan keçiblər.
Cənubi Koreya Prezidenti səfər çərçivəsində Rusiya-Ukrayna müharibəsində kütləvi qətliamın törədildiyi Buça və şiddətli raket hücumu nəticəsində böyük dağıntıya məruz qalmış İrpen şəhərlərində olub.
Cənubi Koreya liderinin bu saatlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü keçirilir.