21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyə 15 iyul şəhidlərinin xatirəsini anır

15.07.2023



Türkiyə xalqı 15 iyul dövlət çevrilişi cəhdinə qarşı mübarizədə həlak olanların xatirəsini ehtiramla yad edir.

AZƏRTAC TRT telekanalına istinadla xəbər verir ki, "Demokratiya və Milli Birlik Günü” münasibətilə 15 İyul Şəhidlər Körpüsünə Türkiyənin dövlət bayrağı sancılıb, həmçinin körpü üzərinə "7 il əvvəl bu gün 34 can vətən naminə şəhid oldu” və "Vətən və millət eşqinə” sözləri yazılmış nəhəng plakatlar asılıb.

Bu körpü İstanbulda çevriliş cəhdinə qarşı müqavimətin rəmzlərindən biridir. Yeddi il əvvəl burada 34 nəfər şəhid olub. 15 İyul Şəhidlər Körpüsü hələ də çevriliş cəhdinin izlərini daşıyır. Asiya ilə Avropanı birləşdirən körpü istifadəyə verildiyi 1973-cü ildə "Boğaziçi” adlanırdı, 43 ildən sonra ona 15 İyul Şəhidlər Körpüsü adı verilib.

Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdin qarşısı alınarkən 252 mülki şəxs və əsgər şəhid olub