Trampdan Kerç böhranına REAKSİYA
27.11.2018
ABŞ Prezidenti Donald Tramp Kerç boğazında yaşanan son duruma münasibət bildirib.
"Dövran Media" xəbər verir ki, Ağ Ev rəhbəri Rusiya və Ukrayna arasında yaşanan son olayları bəyənmədiyini deyib.
"Biz bununla bağlı avropalılarla işləyirik. Ümid edirəm ki, bu olay həllini tapacaq”, - deyə Tramp bildirib.
Qeyd edək ki, Rusiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq Kerç limanına aparılıb. İnsident nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb.