Elmar Məmmədyarov ATƏT sədri ilə görüşəcək
16.02.2018
"Azərbaycan və İtaliya arasında sıx siyasi əməkdaşlıq var".
Bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
Səfirin sözlərinə görə, 2020-ci ildə Azərbaycan qazının İtaliyaya çatdırılması bu əlaqəni daha da genişləndirəcək.
Səfir bildirib ki, bu gün Münhendə başlayacaq 54-cü təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan və İtaliya xarici işlər nazirləri Elmar Məmmədyarov və Ancelino Alfano arasında görüş keçiriləcək.
Qeyd edək ki, İtaliya hazırda ATƏT-ə sədrlik edir./apa/