Finlandiya Türkiyədən üzr istəyib
13.07.2023
Finlandiyanın xarici işlər naziri Elina Valtonen Türkiyənin xarici işlər naziri Hakan Fidana maliyyə nazirinin sözlərinə görə üzrxahlığını çatdırıb.
Bu barədə "Yle” nəşri məlumat yayıb.
"NATO sammiti zamanı və keçən həftə Brüsseldə səmərəli danışıqlara görə Hakan Fidana təşəkkür etdim. Bir neçə il əvvəl yeni hökumətimizin bir üzvünün dediyi yersiz sözlərə görə ölkəmizin üzrxahlığını da çatdırdım. Onlar bizim dəyərlərimizi əks etdirmir və heç vaxt da əks etdirməyəcək. Finlandiya Türkiyə ilə ikitərəfli əsasda və müttəfiq kimi əlaqələri yüksək qiymətləndirir”, - o bildirib.
Qeyd edək ki, Əsl Finlər Partiyasından olan maliyyə naziri Rikka Purra Finlandiya parlamentinin hazırkı sədri Yussi Halla-Ahonun qonaqlar kitabında "türk meymunları” haqqında yazıb.