Hacıqabulda zəlzələ olub
13.07.2023
İyulun 13-də saat 09:51-də Şirvan seysmoloji stansiyasından 16 kilometr şimalda, Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələnin ocağı 34 kilometr dərinlikdə yerləşib, maqnitudası 3,5-ə bərabər olub.
Zəlzələ hiss olunmayıb.