Finlandiya Rusiyaya yeni məhdudiyyətlər tətbiq edib
10.07.2023
Finlandiyada bu gündən Rusiya vətəndaşlarının ölkəyə və buradan Şengen zonasının digər hissələrinə səfərlərinə tətbiq olunan yeni məhdudiyyətlər qüvvəyə minib.
Yeni qaydalara əsasən, bundan sonra Rusiya vətəndaşlarının digər ölkələrə keçməmək şərti ilə yalnız Finlandiyaya işgüzar səfərlərinə icazə veriləcək. Bundan başqa, həmin səfərlər üçün ciddi əsaslar təqdim edilməlidir.
Həmçinin Finlandiyada daşınmaz əmlaka malik rusiyalıların ölkədə qalmaları üçün də ciddi əsasları olmalıdır. Rusiyadan gələn tələbələr isə yalnız dərəcə üçün təhsil ala biləcəklər.