21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Küveytin naziri İranın iddialarını rədd edib

10.07.2023


Küveytin neft naziri Səəd əl-Bərak bazar günü bildirib ki, Küveyt və Səudiyyə Ərəbistanı Körfəzdəki "Əl-Dürrə” qaz yatağında "müstəsna hüquqlara” malikdir. O, bu yatağa iddia edən İranı, ilk növbədə, öz dəniz sərhədlərini müəyyən etməklə iddiasını sübut etməyə çağırıb.

 "Əl Ərəbiyyə” telekanalı xəbər verir ki, İran daha əvvəl yataqda payının olduğunu bildirmiş və onun işlənməsi üçün keçən il imzalanmış Səudiyyə-Küveyt sazişini "qanunsuz” adlandırmışdı. Tehranın bu iddialarını şərh edən küveytli nazir jurnalistlərə müsahibəsində deyib: "Bu yatağın işlənməsi Küveyt və Səudiyyə Ərəbistanının "Əl-Dürrə” sahəsində müstəsna hüququdur və kimin iddiası varsa, sərhədləri demarkasiya etməyə başlamalıdır. Əgər Tehranın buna hüququ varsa, beynəlxalq hüquq normalarına uyğun olaraq hərəkət edəcək. Qarşı tərəfin dəniz sərhədlərinin dəqiq demarkasiyasına əsaslanmayan iddiaları var”.

Əl-Bərakın şərhləri keçən həftə Səudiyyə Ərəbistanı və Küveytin Körfəzdəki "bölünmüş bölgədə" təbii sərvətlərə sahib olduğunu bildirən Ər-Riyadın mövqeyi ilə üst-üstə düşür.

Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA bildirib ki, Krallıq da İrana bölgənin şərq sərhədinin demarkasiyası ilə bağlı Ər-Riyad və Küveytlə danışıqlara başlamaq çağırışını təkrarlayıb.