Ombudsmanın maaşı artırıldı
27.11.2018
Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında qanuna dəyişiklik edilib.
"Dövran Media" xəbər verir ki, dəyişiklik barədə millət vəkili Əli Hüseynli məlumat verib.
"Bu dəyişiklik əməkhaqqı ilə bağlıdır. Ombudsmanın əməkhaqqı 2025 manatdan 2230 manata artırılıb”.
Dəyişiklik 2018-ci il mayın 1-dən tətbiq edilir.