Numan Qurtulmuş Azərbaycana gələcək
07.07.2023
İyulun 11-12-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuşun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin Azərbaycana səfəri gözlənilir.
Axar.az xəbər verir ki, bu barədə Report-a türkiyəli millət vəkili Şamil Ayrım bildirib.
Millət vəkili deyib ki, ənənəvi olaraq Türkiyə parlamentinə sədr seçilən şəxs ilk səfərini əvvəlcə Şimali Kipr Türk Respublikasına, (ŞKTC) sonra isə Azərbaycana edir.
Qeyd edək ki, AKP və MHP-nin namizədi olan Numan Kurtulmuş iyunun 7-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri seçilib.