87 şəxs vəzifəsindən azad edilib
07.07.2023
Meşələrin mühafizəsi sahəsində səhlənkarlığa yol verilən şəxslərə qarşı mütəmadi tədbirlər görülür. Belə ki, son 3 ildə 87 şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə görə vəzifəsindən çıxarılıb.
Bunu iyulun 7-də keçirilən mətbuat konfransında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
"Yeddi nəfər isə birbaşa onlara dövlət nəzarəti edən şəxs tərəfindən vəzifəsindən azad edilib", - deyə xidmət rəisi qeyd edib.