Ərdoğan və Putin arasında danışıqlar gözlənilir
07.07.2023
Kreml Ərdoğan və Zelenski arasında aparılan danışıqları diqqətlə izləyir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, Ərdoğan-Zelenski danışıqlarında nəyin müzakirə olunacağını bilməyin maraqlı olduğunu söyləyib.
Kremlin sözçüsü Putinlə Türkiyə Prezidenti arasında görüş ehtimalını şərh edərkən qeyd edib ki, yaxın perspektivdə təmaslar istisna edilmir.