"Ukrayna danışıqları payızda başlayacaq!"
06.07.2023
Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna üzrə sülh danışıqlarının payıza qədər başlaya biləcəyini deyib.
DM xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Əsas məsələ bu münaqişəni dayandırmaqdır. Və onların (danışıqların) sentyabrda baş tutması da mümkün deyil. Amma bəzi məsələlər onu deməyə əsas verir ki, payızda vəziyyət dəyişməlidir və biz danışıqlar masası arxasında oturacağıq. Ola bilsin ki, sentyabrda yox, sonra, payızda”, - o bildirib.