İrəvan sabah sirkələnəcək...
05.07.2023
Ermənistanda bu axşam saat 19:00-da aksiya keçiriləcək.
DM xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Qazaryan deyib.
O bildirib ki, aksiya iyulun 6-da saat 18:00-a qədər davam edəcək:
"Aksiya Respublika Meydanından başlayacaq. Bütün dövlət bayramlarımız matəmə çevrilib, onların ilkin mənası, məqsədi pozulub. Konstitusiya Gününü bayram kimi qeyd etmək çətindir, çünki Eermənistan konstitusiyası pozulur. Qanunlar ona riayət etmək öhdəliyi olan məmurlar, dövlət qulluqçuları tərəfindən pozulur. Paşinyanın bəyanatlarına gəlincə, mənə çox maraqlıdır, o, konstitusiyanı özü oxuyub? Heç olmasa dəyişməz qalan ön sözü oxusun”.