Azərbaycanda zəlzələ baş verib
04.07.2023
İyulun 4-də Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.
Məlumata əsasən, zəlzələ ocağı isə 20 kilometr dərinlikdə yerləşib.