Ermənilər “Laçın” postundan sərbəst keçir
03.07.2023
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) müşayiətilə Laçın-Xankəndi yolunun başlanğıcında, "Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
DM Report-a istinadən xəbər verir ki, bununla bağlı iyulun 3-də çəkilmiş görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.
Onların sənədləri, sonra gediş-gəlişləri təmin edilir.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.