157 iğtişaşçı saxlayıb
03.07.2023
Fransa polisi iyulun 3-nə keçən gecə iğtişaşlarda iştirak edən 157 nəfəri saxlayıb.
BFMTV telekanalı bu barədə Fransa Daxili İşlər Nazirliyinə istinadla məlumat yayıb. Məlumata görə, iğtişaşlar nəticəsində üç polis əməkdaşı xəsarət alıb. Həmçinin polis məntəqəsi və jandarma kazarmaları hücuma məruz qalıb.
Gecə ərzində 297 avtomobil və 34 bina daxil olmaqla, 352 yanğın törədilib.
Xatırladaq ki, Fransada polisin bir yeniyetməni öldürməsi ilə əlaqədar davam edən iğtişaşlar səbəbindən ölkənin on şəhərdə komendant saatı elan olunub.