Armen Qriqoryan sabah ABŞ-a gedir
03.07.2023
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək.
Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının mətbuat xidmətindən məlumat yayıb.
"Səfər zamanı Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksək rütbəli rəsmilərlə görüşü nəzərdə tutulub”, - məlumatda deyilir.
Bundan başqa, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinin də müzakirə olunacağı bildirilib.