Sumqayıtda sərnişin sürücünü hədələyərək pulunu talayıb
30.06.2023
İyunun 29-da Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində "Khazar” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub.
Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Bildirilib ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.