Şiddətli döyüşlər gedir: Ukrayna ordusu irəliləyir
30.06.2023
Ukrayna ordusu bir neçə istiqamətdə hücum əməliyyatlarını davam etdirərək cənubda və Baxmut yaxınlığında irəliləyir.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahının spikeri Andrey Kovalev məlumat verib.
Kovalevin sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatlarını davam etdirir və müdafiəçilər qismən uğur əldə edib:
"Baxmut şəhərinin cinahlarında isə qoşunlarımız düşmənə təzyiqləri davam etdirir və onları əvvəllər ələ keçirilən xətlərdən çıxarır. Onların uğurları var, əldə edilmiş mövqelərdə möhkəmləniblər. Düşmən müqavimət göstərir və böyük itki verir. Bu istiqamətdə şiddətli döyüşlər davam edir”.