ISW: “Surovikinin həbsi Kremlin Müdafiə Nazirliyi rəhbərliyini təmizləmək niyyətini göstərir"
29.06.2023
Kremlin ordu generalı Sergey Surovikinin həbsi Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini loyal saymadıqlarından təmizləmək niyyətini göstərir.
"DM” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırma İnstitutunun (ISW) icmalında bildirilib.
Məlumata görə, Rusiya hakimiyyəti həqiqətən də Surovikini həbs edibsə, o zaman Kreml ondan, filiallarından Rusiya ordusunun və daxili təhlükəsizlik orqanlarının qiyama zəif reaksiya verməsindən, hərbi rəhbərliyinin yenidən qurulmasına haqq qazandırmaq üçün "günah keçisi” kimi istifadə edəcək.
Onlar ehtimal edib ki, Kreml qiyama rəğbət bəsləyənləri hakimiyyətdən uzaqlaşdırmağa çalışacaq.
Qeyd edək ki, ötən gecə "The Moscow Times” Rusiya Müdafiə Nazirliyinə yaxın mənbələrə istinadən general Sergey Surovikinin həbs edildiyi barədə məlumat yayıb. Bu məlumatın rəsmi təsdiqi hələ ki, yoxdur.
"Exo Moskvı”nın keçmiş baş redaktoru Aleksey Venediktov bildirib ki, onda olan məlumata görə, general Surovikin üç gündür ailəsi ilə əlaqə saxlamır.
Məlumata görə, Surovikin sonuncu dəfə iyunun 23-də axşam saatlarında ictimaiyyət qarşısına çıxıb. O, "Vaqner” döyüşçülərini dayanmağa çağıran bir video ismarış edib. Onun hazırda qaldığı yer məlum deyil.
Xatırladaq ki, Sergey Surovikinin adı "Vaqner”in rəhbəri Yevgeni Priqojinin qiyamçıları arasında hallanıb. Sonradan onun qiyamı dəstəkləmədiyinə dair müraciəti yayılıb.
"The New York Times” iddia edir ki, Surovikinin Yevgeni Priqojinin Rusiya yüksək hərbi komandanlığına meydan oxumaq planlarından xəbəri olub.