Tacikistanda güclü zəlzələ olub
29.06.2023
Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Roştqala rayonunda 5,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Respublika Seysmik Proqnoz Monitorinq Mərkəzindən məlumat verilib.
Güclü yeraltı təkanlar təxminən səhər saat 10-da (Bakı vaxtı ilə 9) baş verib, zəlzələnin episentri Xoroqdan təxminən 15 km cənubda 139 km dərinlikdə yerləşib.
Zəlzələnin fəsadları barədə hələ ki məlumat daxil olmayıb.
Mənbə: Sputnik Tacikistan