21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

ABŞ Priqojini maliyyələşdirən şirkətləri “qara siyahı”ya salıb

28.06.2023

ABŞ "Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli olan və muzdluların qeyri-qanuni maliyyələşdirilməsi əməliyyatlarında ittiham edilən şirkətləri sanksiyalar siyahısına daxil edib.  

Bu barədə ABŞ Maliyyə Nazirliyindən məlumat verilib.

Belə ki, ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirlikləri, Mərkəzi Afrika Respublikası, eləcə də "Vaqner” qrupu və onun lideri Yevgeni Priqojinlə əlaqələrdə ittiham etdiyi dörd Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Məlumata görə, şirkətlər Ukraynada, Afrikanın bəzi ölkələrində silahlı qüvvələri dəstəkləmək və genişləndirmək məqsədilə döyüşçüləri maliyyələşdirmək üçün qeyri-qanuni mədənçıxarma əməliyyatları ilə məşğul olub.

"Vaqner” qrupu öz qəddar əməliyyatlarını qismən Mərkəzi Afrika Respublikası, Mali kimi ölkələrdə təbii sərvətlərdən istifadə etməklə maliyyələşdirir”, - deyə ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Brayan Nelson açıqlamasında bildirib.
Yeni sanksiyalar siyahısına Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən "Midas Resources SARLU” və "Diamville SAU”, Dubayda "Industrial Resources General Trading” və Rusiyadakı "DM” Məhdud Məsuliyyətli Cəmiyyəti daxil edilib.

ABŞ Maliyyə Nazirliyi tərəfindən "Vaqner” qruplaşması ilə əlaqələndirilən Rusiya vətəndaşı Andrey İvanova qarşı da sanksiyalar tətbiq olunub. Məlumata görə, o, "Vaqner” qrupunun silah sövdələşmələri, mədənçıxarma və digər fəaliyyətləri ilə bağlı Malidə yüksək vəzifəli məmurlarla sıx əməkdaşlıq edib.

Xatırladaq ki, "Vaqner” Liviyada, Suriyada, Mərkəzi Afrika Respublikasında, Malidə və digər ölkələrdə döyüşüb, həmçinin Rusiyanın Ukraynaya qarşı müharibəsinin ən qanlı döyüşlərində iştirak edib. Qrup 2014-cü ildə, Rusiyanın Ukraynaya məxsus Krımı ilhaq etməsindən və Donbasda müharibəyə başlamasından sonra yaradılıb.

Mənbə: "Reuters”