03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Markovdan şok: Rusiya-Ukrayna savaşı bu tarixdə başlayacaq

27.11.2018

"Dövran Media" xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində rusiyalı politoloq Sergey Markov deyib.
"Rusiya və Ukrayna arasında müharibə olacaqmı? İndi bu sualı dünyanın bütün KİV-ləri verirlər. Mənim cavabım budur: Xeyr, olmayacaq. Məsələ ondadır ki, belə səviyyəli qərarları Poroşenko yox, amerikalı kuratorları qəbul edirlər. Onlar Ukraynanın Rusiya ilə indi baş tutacaq miqyaslı hərbi konfliktindən qorxurlar. Buna səbəb isə Ukrayna ordusunun əksər hissəsinin 2014-cü ildəki Krım böhranında olduğu kimi, Rusiyanın tərəfinə keçmək ehtimalıdır. Ya da bu ordu 2008-ci ildə Gürcüstanda olduğu kimi, heç bir şey edə bilməyəcək.
Ona görə də indi ABŞ-ın "dərin dövləti” Kiyevdəki rusofob rejimi zərbə altında qoymayacaq. Rusiya ilə müharibə onlar tərəfindən 2022 və ya 2023-cü il üçün planlaşdırılır. Bu vaxta qədər Ukrayna ordusunu konvensial silahlar sahəsində və mənəvi ruh, yəni Rusiyaya qarşı nifrətin tərbiyəsi məsələsində daha güclü etmək planlaşdırılır. Bu, gələcək müharibənin hədəfidir: elə bir qardaş sallaqxanası yaratmaqdır ki, Putin və ya onun komandası öz hakimiyyətini 2024-cü ildən sonraya uzada bilməsinlər. Rusiya bu planı ləğv etməlidir”, – deyə o bildirib.