Danilov: Ukrayna danışıqlarında Lukaşenkonun iştirakı istisna edilmir
25.06.2023
Ukrayna münaqişəsi ilə bağlı danışıqlarda Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı istisna edilmir.
"DM" xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov "Facebook”da yazıb.
"Gələcəkdə Ukrayna ilə danışıqlar aparmaq üçün Rusiya tərəfinin faktiki qrupu mövcuddur. Belarus Prezidenti Lukaşenkonun bu prosesdə iştirakı istisna edilmir”, - Danilov yazıb.