Rusiya hərbi təyyarəsi Suriyada bazarı vurub, ölənlər var
25.06.2023
Rusiyaya məxsus hərbi təyyarə Suriyada bazarı vurub, ölənlər var.
"DM" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Rusiya hərbi təyyarəsi Suriyanın Cisr əş-Şuqur rayonunun mərkəzində tərəvəz bazarını bombalayıb.
Bildirilib ki, 9 mülkü şəxs həlak olub, 30 nəfər yaralanıb.