Bəşər Əsəd 9 naziri işdən çıxardı
26.11.2018
Suriya prezidenti Bəşər Əsəd Nazirlər Kabinetinin tərkibində dəyişiklik edib.
"Dövran Media" "SANA” agentliyinə istinadən xəbər verir ki, suriyalı lider 9 naziri vəzifəsindən kənarlaşdırıb. Bunlar daxili işlər, turizm, təhsil, su resursları, daxili ticarət və istehlakçıların müdafiəsi, ali təhsil, inşaat, sənaye, texnologiyalar və yüksək əlaqələr nazirləridir.