23 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

FHN Lənkəranda komanda-qərargah təlimi keçirib

24.06.2023

Lənkəran rayonunda "İrimiqyaslı fövqəladə hadisələr zamanı Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazilərdə qəza-xilasetmə işlərinin təşkili, həyata keçirilməsi, qüvvə və vasitələrin idarə olunması” mövzusunda komanda-qərargah təlimi keçirib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Baş hərbi ekspertinin metodiki rəhbərliyi və Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə keçirilən təlimin məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qüvvə və vasitələrin real imkanlarının və qabiliyyətlərinin müəyyən edilməsi, qüvvə və vasitələrin idarəetmə sisteminin təkmilləşdirilməsi, fövqəladə hadisələr zamanı idarəetmə, qarşılıqlı fəaliyyət və hərtərəfli təminat səviyyəsinin artırılması, komandir-rəis heyətinin, qüvvə və vasitələrin hazırlıq səviyyəsinin, eləcə də bütün səviyyəli qərargahların əməliyyat hazırlığının yüksəldilməsi olub.

Komanda-qərargah təliminə FHN-in Cənub Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən Nazirliyin qurumlarının struktur bölmələrinin qüvvə və vasitələri cəlb edilib.

Üç mərhələdə keçirilən təlimin birinci mərhələsində real vaxt rejimində qüvvə və vasitələrin dinc dövrdə hazırlıq dərəcələrinə gətirilməsi, bu zaman komandir-rəis heyətinin fəaliyyəti, fövqəladə hadisə zonasına əsas qüvvələrin yürüşünün təşkili, yürüş kolonunun rəhbərinin və cəmləşmə rayonunda yerləşmə zamanı bütün növ xidmətlərin birgə fəaliyyəti işlənilib.

Təlimin ikinci mərhələsində fövqəladə hadisə zonasında qəza-xilasetmə işləri ilə bağlı əməliyyat qərargahının fəaliyyətinin təşkili, müхtəlif şəraitlərdə qüvvə və vasitələrin idarə еdilməsi zamanı qərargahın işi, idarəetmə üzrə sənədlərin işlənilməsi, qərar qəbulеtmə prosesində komandir-rəis heyətinin fəaliyyəti, yaranmış vəziyyət barədə məlumatların toplanması, təhlili, vəziyyətin qiymətləndirilməsi, tapşırıqların dəqiqləşdirilməsi və əmrlərin verilməsi, fövqəladə hadisə zonasında qüvvə və vasitələrin qruplaşdırılması, idarə olunması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatın təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və məruzələrin dinlənilməsi yerinə yetirilib.

Təlimin üçüncü mərhələsində Nazirliyin regionda yerləşən qüvvə və vasitələrinin fövqəladə hadisə zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı praktiki fəaliyyəti nümayiş olunub, komandir-rəis heyətinin məruzələri dinlənilib, müzakirələr aparılıb və nəticələrin qiymətləndirilməsi ilə təlimə yekun vurulub.

Təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

FHN - Baş əməliyyat idarəsinin operativ idarəetmə şöbəsinin rəisi Namiq Abdullayev mətbuata açıqlamada bildirib ki, təlimlərə ümumilikdə 342 nəfər şəxsi heyət, 48 xüsusi texnika və avadanlıq, eləcə də iki qayıq cəlb olunub. Təlimlərin keçirilməsində əsas məqsəd FHN xilasetmə bölmələrinin iri miqyaslı hadisələrə reaksiyası və burda qüvvələrin qruplaşdırılması, fəaliyyəti və əməliyyat qərargahlarının ayrı-ayrılıqda bütün səviyyədə fəaliyyətlərindən ibarət olub.