Krımda “Vaqner”ə işə qəbulla bağlı reklam bannerləri sökülür - VİDEO
24.06.2023
Rusiyanın nəzarətində olan Krımda "Vaqner” özəl hərbi şirkətinə işə qəbul olunmaqla bağlı reklam bannerləri sökülməyə başlayıb.
Bunun təsdiq edən görüntülər Rusiyanın "Telegram” kanallarında yayımlanıb.
Xatırladaq ki, bu gün gecə saatlarından etibarən "Vaqner” özəl hərbi şirkəti Rusiya Silahlı Qüvvələrinə qarşı qiyam qaldırdıqlarını bəyan ediblər.
"Vaqner”in rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayınca onlar silahı yerə qoymayacaqlar.