Voronejdə antiterror əməliyyat rejimi elan edilib
24.06.2023
Rusiyanın Voronej şəhərində antiterror əməliyyat rejimi tətbiq edilib.
Bu barədə Rusiya Milli Antiterror Komitəsi məlumat yayıb.
Məlumatda həmçinin qeyd olunur ki, antiterror əməliyyat rejimi ilə əlaqədar xüsusi əməliyyat qərargahı yaradılıb və ictimaiyyətə əlavə məlumatlar veriləcək.
Rusiya mətbuatında yayılan digər məlumatlara görə, Moskvadan və ölkənin digər şəhərlərindən Rusiyanın cənub istiqamətinə olan rayonlararası avtobusların hərəkəti ləğv edilib.
Qeyd edək ki, gecə saatlarından Moskvada antiterror tədbirləri həyata keçirilir.
Mənbə: TASS