“Şoyqu və Gerasimov tribunal qarşısına çıxmayınca, dayanmayacağıq”
24.06.2023
"Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rostovda ələ keçirdiyi hərbi dairələrdən birində İnquşetiyanın keçmiş rəhbəri, hazırda isə Rusiya müdafiə nazirinin müavini olan Yunus-Bek Yevkurov və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vladimir Alekseyevlə görüşüb.
Y.Priqojin generallarla hədələyici tonda danışıb.
O, Yunus-Bek Yevkurovun və Vladimir Alekseyevin diqqətinə çatdırıb ki, müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimov saxlanılıb hərbi məhkəmə qarşısına çıxarılmayanadək "Vaqnerçi”lər hərəkətlərini dayandırmayacaqlar.