03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Hərbi prokuror işğaldan azad olunmuş ərazilərdə hərbçilərlə görüşüb - FOTO

23.06.2023

Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev, general-leytenant Mais Bərxudarov, eləcə də Hərbi Prokurorluğun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri və Müdafiə Nazirliyinin yüksəkrütbəli zabitləri Azərbaycanın Silahlı Qüvvələri Günü ərəfəsində hərbi hissələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, görüş iştirakçıları Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz və unudulmaz xatirələrini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

Hərbçiləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək, onlara ən xoş arzularını ifadə edən hərbi prokuror Xanlar Vəliyev əvvəlcə 2023-cü ilin "Heydər Əliyev İli” olduğunu vurğulayaraq, nəhəng şəxsiyyətin dünya tarixindəki rolundan, eləcə də Azərbaycan xalqı və dövləti qarşısındakı müstəsna xidmətlərindən bəhs edib. Bildirib ki, müasir Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyevin zəngin elmi bilikləri, müdrik siyasi strategiyası, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın dərin düşüncəsi və əzmkarlığının vəhdəti sayəsində bütün dünyada baş verən neqativ proseslərə rəğmən dövlətimiz qüdrətlənir. İşğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur.

Hərbi prokuror Xanlar Vəliyev deyib ki, son illər Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələri formalaşıb. Vətən müharibəsindən bəhs edən Xanlar Vəliyev müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyasından və yüksək sərkərdəlik məharətindən, Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən, xalqımızın əzmkarlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən, hərbçilərimizin qəhrəmanlığından danışaraq əldə olunan möhtəşəm tarixi qələbəni Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb.
Ardınca hüquqi maarifləndirici mövzularda çıxışlar olunub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, onların qayğı və problemləri, məişət şəraitləri ilə maraqlanılıb, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.