Türkiyədə vətəndaşların meşə ərazilərinə daxil olması qadağan edilib
23.06.2023
Türkiyənin Bursa vilayətinin rəhbərliyi meşə yanğınlarının qarşısını almaq məqsədi ilə vətəndaşların meşəlik ərazilərə girişini məhdudlaşdıracaq.
Bu barədə məlumat Bursa valiliyinin rəsmi internet səhifəsində dərc edilib.
Məhdudiyyətlərə görə, Bursa vilayətində 30 iyundan 30 sentyabr tarixinədək axşam saat 20:00-dan səhər 08:00-a qədər vətəndaşların meşəlik ərazilərdə gəzintisinə, istirahətinə icazə verilməyəcək.
Mənbə: İHA