Özbəklər 40-45 kiloqramlıq balqabaq yetişdiriblər
26.11.2018
Özbək seleksiyaçısı və fermeri Alinazar İmamnazarov çəkisi 40-45 kiloqramlıq balqabaq yetişdirib.
"Dövran Media" AzərTac-a istinadən xəbər verir ki, fermer Özbəkistanın Yangiyul rayonunda fəaliyyət göstərir.
Fermer bununla bağlı jurnalistlərə deyib ki, ölçüsü böyük, həm də dadlı balqabaq yetişdirmək əsl elmdir.