Bakıdakı çimərliklərə avtobuslar işləyəcək - MARŞRUTLAR
22.06.2023
İyunun 15-dən Bakı Nəqliyyat Agentliyi 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemlərini çimərlik ərazilərinə qədər uzadacaq.
Bu barədə agentlikdən bildirilib.
Məlumata görə, 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Türkan çimərliyinə qədər, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Buzovna çimərliyinə qədər, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Nardaran çimərliyinə qədər, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti Pirşağı çimərliyinə qədər, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti isə Zirə çimərliyinə qədər təşkil ediləcək.