Amerika iqtisadiyyatının iflası qaçılmazdır - dollar ÇÖKƏCƏK
26.11.2018
"Dövran Media” "Politekspert” qəzetinə istinadən xəbər verir ki, dolların taleyi acınacaqlı olacaq.
Bu barədə analitiklər Başinqtona xəbərdarlıq ediblər. Belə ki, "Kalita Finans” maliyyə qrupunun iqtisadçı -analitiki Dmitri Golubovski əminliklə bildirir ki, Amerika iqtisadiyyatının fiaskosu qaçılmazdır. Ekspertin sözlərinə görə, dolların kədərli taleyi əvvəlcədən müəyyənləşdirilib, o, mütləq cökəcək. Mütəxəssis ABŞ-ın milli valyutasının zəifləməsinin Vaşinqton üçün sərfəlı olduğunu da izah edərək xatırladıb ki,. ABŞ prezidenti Donald Tramp güclü bir dollara ehtiyac olmadığını və Federal ehtiyat pul siyasətinə müxalifliyini də gizlətmir. Ona görə yaxın gələcəkdə dollar zəifləyəcək. Golubovski xəbərdarlıq edib ki, Ağ Evin borclarını necə bağlamaq və iqtisadi artım tempinin yükəlməsi barədə düşünməsi lazımdır, əks halda, ABŞ hökumətinin istiqrazlarına investorların maraqları düşəcək. "Əgər onlar aqressiv şəkildə Federal pul siyasətini sərtləşdirməyə davam etsələr, ABŞ Çin ilə ticarət müharibəsində yenə də uduzacaq və sonda dolların taleyi acınacaqlı olacaq. Bundan başqa, analitik onu da qeyd edib ki, belə vəziyyətdə Amerika iqtisadiyyatının dağılması çox kəskin və sürətli ola bilər.
"DM"