10:57:51 07 04 2025-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Zelenski: Rusiya Zaporojye AES-də terror aktı törətməyə hazırlaşır

22.06.2023

Rusiya Zaporojye atom elektrik stansiyasında radiasiyanın yayılmasına səbəb ola biləcək terror aktı törətməyə hazırlaşır.

"DM"-nın "Ukrainskaya Pravda" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

O qeyd edib ki, buna dair məlumatları Ukrayna Təhlükəsizlik Xidməti və kəşfiyyatçılar əldə edib.

"Atom elektrik stansiyalarında heç vaxt, heç bir yerdə terror aktları olmamalıdır. Bu dəfə də Kaxovkada olduğu kimi olmamalıdır. Dünyaya xəbərdarlıq edilib, bu o deməkdir ki, dünya hərəkətə keçə bilər və bunu etməlidir", - Prezident Zelenski vurğulayıb.