Aİ-nin Xarici Əlaqələr Şurasında Ermənistan-Azərbaycan dialoqu müzakirə olunacaq
22.06.2023
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr Şurasında Ermənistan-Azərbaycan əlaqələri müzakirə olunacaq.
"DM" xəbər verir ki, bu barədə məlumat iclasda müzakirə olunacaq məsələlərin ilkin gündəliyində yer alıb.
26 iyunda keçiriləcək iclasda həmçinin rəqəmsal diplomatiya ilə bağlı müzakirələr aparılacaq.
Lüksemburqda baş tutacaq iclasda Ukraynadakı vəziyyət də müzakirə ediləcək.
İclasın gündəliyində həmçinin Tunis, Ermənistan-Azərbaycan, Belqrad-Priştina dialoqlarına dair məlumatların dinlənilməsi də var.
Gündəlikdə o da qeyd olunub ki, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri bu il 17-18 iyul tarixlərində keçiriləcək Aİ-Latın Amerikası və Karib Hövzəsi İcmasının (CELAC) sammiti ərəfəsində Aİ ilə Latın Amerikası və Karib hövzəsi dövlətləri arasında münasibətlərə dair fikir mübadiləsi aparacaqlar.
Aİ Xarici Əlaqələr Şurası həmçinin rəqəmsal diplomatiya (diplomatik problemlərin həlli üçün internet və informasiya-kommunikasiya texnologiyalardan istifadə-red.) ilə bağlı müzakirələr keçirəcək və bu məsələ ilə bağlı yekun qərarların qəbulu gözlənilir.