Patruşev Ukraynanın əks-hücum zamanı verdiyi itkiləri açıqlayıb
22.06.2023
İyunun 4-dən 21-dək Ukrayna Silahlı Qüvvələrinin 13 mindən çox şəxsi heyəti məhv edilib.
"DM" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev TŞ-nin daimi üzvlərinin müşavirəsində prezident Vladimir Putinə məruzəsində bildirib.
"Həmçinin Ukrayna Silahlı Qüvvələrinin 246 tankı, o cümlədən 13 qərb istehsalı tankı, 443 zirehli texnika və 59 ədəd qərb ölkələri istehsalı piyada döyüş maşını,
42 zenit raket kompleksi sistemi, 10 qırıcı təyyarə və 4 helikopter məhv edilib.
Bunlar Rusiya Federasiyasının bütün hüquq-mühafizə orqanlarından, Müdafiə Nazirliyi, Rusiya Qvardiyası, FTX və başqalarından gələn ümumiləşdirilmiş məlumatlardır", deyə Patruşev qeyd edib.