Aİ Ukraynaya növbəti maliyyə yardımı göndərib
22.06.2023
Avropa İttifaqı (Aİ) Ukraynaya növbəti maliyyə yardımı göndərib.
"DM" xəbər verir ki, bu barədə məlumat Avropa Komissiyasının saytında dərc edilib.
Qeyd olunub ki, yardımın həcmi 1,5 milyard avro təşkil edir.
Həmçinin o da əlavə olunub ki, maliyyə yardımı Kiyevə 2023-cü ildə nəzərdə tutulmuş 18 milyard avroluq proqram çərçivəsində verilir.