Ceyms Kleverli:“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması mümkündür”
22.06.2023
"Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişinin imzalanması mümkündür”.
Bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "Twitter”də yazıb.
O bildirib ki, rəsmi London Cənubi Qafqazda rifahı, sülhü və təhlükəsizliyi dəstəkləyir.
C.Kleverli, həmçinin rəsmi Bakının Ukraynaya humanitar dəstəyinin artırılması qərarına görə azərbaycanlı həmkarı Ceyhun Bayramova təşəkkür edib.